"Təyinat nöqtəsi" sərgisi

15 июля 2022 г.Müəllif: Mehbora Abbasova
"Təyinat nöqtəsi" sərgisi

Məkan konsepsiyası rəssamın yaradıcılığında əsas yerlərdən birini tutur. Onun əsərləri vizual meditasiya effekti yaradır; bir neçə baxış nöqtəsinin və süjet elementlərinin fərqli trayektoriyalarda verilməsi tamaşaçını kompozisiyanın səthi üzərində «səyahət etməyə» həvəsləndirir və öz təyinat nöqtəsini tapmağa kömək edir.

Kətan monumental görünüş verir, kətan üzərindəki işlər isə digər reallığa metaforik pəncərə rolunu oynayır. Tablolar tarixi şəhər mənzərələrini 3D prizmasından verərək baxış nöqtəsini dəyişir.

İşlərin tematik planı «gəmi-şəhər-abidələr» poetik triadasını və onları birləşdirən səbəb-nəticə əlaqələrinin təbiətini təşkil edir. İnsan təsviri əsərlərdən çıxarılıb, lakin onun görünməz mövcudluğu açıqdır.

Tarixi şəhərlərin, gəmiqayırmanın və abidələrin texniki yeniliklərlə sintezi tarix və insanın tərəqqinin nəticəsi olaraq çatdığı və çatmaq istədiyi təyinat nöqtəsinin yeri haqqında suallar qaldırır, tarixi köklərə söykənmədən gələcək qurmağın mümkün olmadığını xatırladır. Və bununla yanaşı, meta-müasir dünyada antaqonist rolunda çıxış edərək yaradılmış metaforik ikonoqrafiya vasitəsilə çıxış yolu təklif edir.

Sərginin kuratoru

Mehbora Abbasova